Haqqımda

Haqqımda

Qorqud Süleymanov · Psixoloq-psixoterapevt

Mən Qorqud Süleymanovam, psixoloq-psixoterapevtəm. Uşaq inkişafının qiymətləndirilməsi, neyroinkişaf çətinlikləri olan uşaqlar və ailələri ilə iş, həmçinin böyüklərdə təşvişlə bağlı çətinliklər üzərində işləyirəm.

Psixoloq-psixoterapevt Qorqud Süleymanov iş otağında
Qorqud Süleymanov iş otağında
Qorqud Süleymanov iş otağında söhbət zamanı

Bioqrafiya

Bioqrafiya

Psixologiyaya marağım hələ uşaqlıq illərimdə yaranıb. İnsan davranışını anlamaq, onun arxasındakı daxili mexanizmləri dərk etmək və insanların həyatına müsbət təsir göstərmək istəyi məni bu peşəyə gətirib.

Bu gün də psixologiyaya yalnız bir iş kimi baxmıram: mənim üçün o, həm həyat fəlsəfəsi, həm də cəmiyyət qarşısında məsuliyyətdir. Hər müraciətçiyə fərdi yanaşmağa, elmi əsaslı və empatik üsullarla dəstək olmağa çalışıram.

İşdən kənar vaxtımı təbiətdə keçirməyi, kempinq və yürüşləri sevirəm. Psixi və fiziki sağlamlığın bir-birini tamamladığına inanıram.

Təhsil və təcrübə

Təhsil və peşəkar təcrübə

Təhsil

Ondokuz Mayıs Universiteti

2010–2017 · Samsun, Türkiyə

Psixologiya təhsilimi 2010–2017-ci illərdə Türkiyədə, Ondokuz Mayıs Universitetində almışam.

Təhsil sənədlərim Avropa Komissiyası, Avropa Şurası və UNESCO/CEPES-in birgə hazırladığı Diplom Əlavəsi (Diploma Supplement) modelinə uyğun tərtib olunub.

Peşəkar təcrübə

  1. 2019-cu ildən

    Epifiz Psixoloji Xidmət və Yaşam Mərkəzi

    Təsisçi və rəhbər

    2019-cu ildə Epifiz Psixoloji Xidmət və Yaşam Mərkəzini təsis etmişəm. Burada elmi əsaslı terapevtik yanaşmaları mərkəzin idarə olunması ilə bir araya gətirməyə çalışıram.

    Epifiz Mərkəzi haqqında
  2. 2017–2019

    Oratio Psixoloji və Nitq İnkişafı Mərkəzi

    Baş psixoloq

    Baş psixoloq kimi psixoloji müdaxilələr və xidmət keyfiyyətinin idarə olunması üzərində çalışmışam.

  3. 2013-cü ildən

    Tibb və psixologiya qurumları

    İntern psixoloq

    Psixologiya sahəsində praktikaya tələbəlik illərində başlamışam və intern kimi praktik bilik və bacarıqlarımı gücləndirmişəm.

Yanaşma

İş prinsiplərim

  1. Hər insan və hər uşaq fərqlidir

    Eyni çətinlik fərqli insanlarda fərqli şəkildə özünü göstərə bilər. Buna görə hazır şablonlarla deyil, qiymətləndirmə nəticəsində qurulan fərdi planla işləyirəm.

  2. Elmə əsaslanan tövsiyələr

    Tövsiyələrimi elmi əsası olan məlumatlara söykəndirirəm. İnternetdə yayılan əsassız məsləhətlərə və «möcüzəvi» həllərə qarşı ailələri ehtiyatlı olmağa çağırıram.

  3. Erkən müdaxilə

    İnkişafla bağlı çətinlik nə qədər tez fərq edilsə, dəstək də o qədər erkən başlaya bilər. Beynin öyrənmə və uyğunlaşma imkanlarının ən güclü olduğu ilk illər bu baxımdan xüsusilə dəyərlidir.

  4. Valideynlə birgə iş

    Valideyn övladının inkişafının ən yaxın müşahidəçisidir. Ona inkişaf mərhələlərini izləməyi və evdə tətbiq oluna bilən sadə üsulları öyrətmək işimin ayrılmaz hissəsidir.

  5. Çoxsahəli əməkdaşlıq

    Ən düzgün plan psixoloq, psixiatr, nevroloq, loqoped və pedaqoq bir-biri ilə əlaqəli işlədikdə qurulur. Dərman müalicəsi ilə bağlı qərarları həkim verir, mənim rolum psixoloji qiymətləndirmə, terapiya və ailənin istiqamətləndirilməsidir.

  6. Davamlı öyrənmə və maarifləndirmə

    Yerli və beynəlxalq elmi konfrans, seminar və təlimlərdə mütəmadi iştirak edirəm. Sosial şəbəkələrdə paylaşdığım maarifləndirici videoların məqsədi psixoloji sağlamlıq haqqında düzgün məlumatın cəmiyyətə çatmasıdır.

Hazırlıq

Sertifikatlar və təlimlər

Peşəkar təlimlər

  • WÇZÖ-IV tətbiqi sertifikatı

    Türk Psixoloqlar Dərnəyi

    Wechsler Uşaqlar üçün Zəka Şkalasının (WISC-IV) Türkiyə adaptasiyası.

  • Koqnitiv-davranış terapiyası (KDT) təlimi

    Dr. İbrahim Bilgen

    Təşviş və digər emosional çətinliklərdə istifadə olunan strukturlu psixoterapiya üsulu.

  • PECS, 1-ci səviyyə

    Picture Exchange Communication System

    Şəkil mübadiləsi vasitəsilə funksional ünsiyyətin öyrədilməsi.

  • Tomatis Practitioner, 1–2-ci səviyyə

    Tomatis Développement S.A.

    Səs əsaslı dinləmə proqramının tətbiqi.

Onlayn akademik proqramlar

  • Psychology of Anxiety, Mood, Substance Use, and Addictive BehaviorsAmerican Psychological Association
  • Introduction to PsychologyYale University
  • Foundations of Positive PsychologyUniversity of Pennsylvania

Bu proqramlar onlayn formatda tamamlanmış kurslardır.

Qorqud Süleymanov televiziya studiyasında

Media

Efirdə və sosial şəbəkələrdə

Uşaq inkişafı, autizm, valideynlik və təşviş mövzularında maarifləndirici videolar paylaşıram, həmçinin televiziya verilişlərinin qonağı olmuşam.

Media və videolar

Suallarınızı birlikdə aydınlaşdıraq

İlk görüşdə vəziyyətinizi ətraflı dinləyir, sizə və ya övladınıza uyğun növbəti addımları birlikdə müəyyənləşdiririk.

Qəbula yazılın

və ya zəng edin:

Qeydiyyat