Uşaqlar və məktəblilər
Nitq inkişafında ləngimə
Uşaq yaşıdlarına nisbətən gec danışırsa və ya söz ehtiyatı artmırsa, bu, bəzən yalnız nitq ləngiməsi deyil, daha geniş inkişaf fərqinin ilk əlaməti ola bilər. Xüsusilə 3 yaşına qədər nitqdə ləngimə görünürsə, çoxsahəli qiymətləndirmə tövsiyə olunur.
Ətraflı oxuyun: Nitq inkişafında ləngiməAutizm spektr pozuntusu: şübhə və ya diaqnoz
Adına reaksiyanın zəif olması, göz təmasının az olması, maraq dairəsinin məhdudluğu və təkrarlanan davranışlar valideynləri ən çox narahat edən əlamətlərdəndir. «Spektr» sözü bu vəziyyətin hər uşaqda fərqli dərəcədə və fərqli xüsusiyyətlərlə özünü göstərdiyini bildirir. Diaqnozu həkim qoyur. Psixoloji dəstək isə uşağın ünsiyyət, diqqət və gündəlik bacarıqlarının inkişafına və ailənin istiqamətləndirilməsinə yönəlir.
Ətraflı oxuyun: Autizm spektr pozuntusu: şübhə və ya diaqnozDiqqət əskikliyi və hiperaktivlik
Diqqəti uzun müddət saxlaya bilməmək, sinifdə yerində otura bilməmək, əşyaları tez-tez itirmək tənbəllik və ya «tərbiyəsizlik» olmaya bilər. Müqayisə və cəza əvəzinə vəziyyətin mütəxəssis tərəfindən dəyərləndirilməsi vacibdir.
Ətraflı oxuyun: Diqqət əskikliyi və hiperaktivlikÖyrənmə çətinlikləri
Oxuda, yazıda və ya hesablamada davamlı çətinlik, öyrəndiyini yadda saxlamaqda problem, məktəbdən tez-tez gələn şikayətlər. Bu hallar istəksizlik deyil, beynin məlumatı fərqli emal etməsi ilə bağlı ola bilər. Hər uşaq eyni cür öyrənmir, amma hər uşaq öyrənə bilər.
Dinləmə və diqqətin cəmlənməsi
«Övladımı beş dəfə çağırıram, ancaq sonra cavab verir.» Eşitmə testi normal olsa belə, uşaq lazımi səsi seçib ona diqqət yönəltməkdə çətinlik çəkə bilər. Eşitmə ilə dinləmə eyni şey deyil.
Sensor həssaslıqlar və tarazlıq çətinlikləri
Yüksək səsdən və işıqdan narahat olmaq; toxunmadan, geyim etiketlərindən və ya bəzi qidalardan qaçmaq; tez-tez yıxılmaq; daim hərəkət axtarmaq və ya əksinə, yellənməkdən qorxmaq.
İnkişaf ləngimələri və neyroinkişaf çətinlikləri
Neyroinkişaf pozuntuları həyatın ilk illərində beynin inkişafı ilə bağlı ortaya çıxan, uşağın sosial, idrak və hərəkət bacarıqlarına təsir edə bilən vəziyyətlərdir. Buna görə inkişaf mərhələlərini doğuşdan etibarən izləmək vacibdir.
Davranış çətinlikləri
İstədiyini ağlayaraq almağa çalışmaq, diqqət çəkmək üçün əşyaları atmaq, bacı-qardaşa qarşı aqressiya. Belə davranışlar çox vaxt öyrənilmiş davranışlardır və ardıcıl valideyn yanaşması ilə dəyişə bilər. Davranış proqramından əvvəl bəzən nevroloji müayinə də tövsiyə olunur.
Ayrılma qorxusu və bağçaya uyğunlaşma
Bağçaya ilk getmə dövründə valideyndən ayrılarkən güclü ağlama və etiraz tez-tez rast gəlinir. Tədricən uzanan ayrılma müddətləri və ardıcıl valideyn davranışı uyğunlaşmanı asanlaşdırır.
Ətraflı oxuyun: Ayrılma qorxusu və bağçaya uyğunlaşmaYemə davranışında çətinliklər
Əsas yeməklərdən imtina, yalnız ekran qarşısında yemək, gün boyu qəlyanaltı vərdişi. Çox vaxt ilk addım aclıq hissinin təbii şəkildə formalaşmasına imkan yaratmaqdır.
Ekran vaxtı və rəqəmsal oyunlar
Uzun ekran vaxtı, yaşa uyğun olmayan və ya zorakı məzmunlu oyunlar valideynlərin ən çox narahat olduğu mövzulardandır. Xüsusilə erkən yaşlarda ekran vaxtını məhdudlaşdırmaq, canlı oyuna, təbiətə və ünsiyyətə yer açmaq tövsiyə olunur.
Bacı-qardaş münasibətləri
Kiçik uşağın doğulmasından sonra böyük uşağın qısqanclığı və uşaqlar arasında münaqişələr. Səbəblər arasında yaş fərqi, böyük uşağın valideyn diqqətini bölüşmək istəməməsi və ailənin kiçik uşağa qarşı həddindən artıq qoruyucu davranışı ola bilər.